18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

Sentyabrın 15-dən etibarən Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının əvvəlki qrafiki bərpa olunur. Belə ki, hərəkət cədvəlində dəyişiklik edilmiş bəzi reyslər ənənəvi qrafik üzrə fəaliyyət göstərəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı sürət elektrik qatarlarına və Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə də əvvəlki qaydada Biləcəri stansiyasının həm meydan, həm də əks tərəfində aparılacaq.

Həmçinin Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarlarının hərəkət qrafiki də əvvəlki qaydada tənzimlənəcək.

Xatırladaq ki, 3-14 sentyabr tarixlərində Biləcəri – Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər edilmişdi.

21 oktyabr 2021-ci ildən qüvvədə olan qatarların ənənəvi hərəkət cədvəli təqdim olunur:
Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur
Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

Tarix: 14-09-2022, 17:31 Oxunub: 55


Bölməyə aid digər xəbərlər