20:59 / 13-01-2025
Mirzoyan ABŞ-yə gedir
18:42 / 13-01-2025
Araqçı Nyu-Yorka gedir
Daşınmaz əmlaka sərəncam verilməsi mobil telefonla mümkün oldu

Daşınmaz əmlaka sərəncam verilməsi mobil telefonla mümkün oldu

Azərbaycanda daşınmaz əmlak üzrə sərəncamları mobil telefon vasitəsilə etmək mümkün olub.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan "Mobil notariat" tətbiqində yenilik edilib.

Belə ki, vətəndaşlar proqram vasitəsilə daşınmaz əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq və sair hərəkətlərin edilməsinə dair etibarnamələri asanlıqla rəsmiləşdirə biləcəklər. Yenilik sayəsində istifadəçilər özlərinə məxsus bütün daşınmaz əmlaklar və ya konkret əmlakı göstərməklə onlar üzərində istənilən sərəncam hüququnu digər şəxsə etibar edə bilərlər.

Qeyd edək ki, “Mobil notariat”da eyni zamanda avtomobillərə dair, bankda və müxtəlif qurumlarda təmsilçilik, vərəsəlik işləri və vəkillərə verilmək üçün etibarnamələri rəsmiləşdirmək mümkündür.

(Qafqazinfo)

Tarix: 14-10-2022, 13:59 Oxunub: 40


Bölməyə aid digər xəbərlər