15:46 / 26-11-2024
“Həzi Aslanov” stansiyasında təmir başlayır
15:43 / 26-11-2024
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
15:36 / 26-11-2024
Nazir rəisi işdən çıxardı - Yeni təyinat
12:09 / 26-11-2024
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
11:52 / 26-11-2024
Tatlısəs yerimə qabiliyyətini itirdi - Foto
07:28 / 26-11-2024
Polşa prezidenti Ermənistana getdi
07:21 / 26-11-2024
ABŞ təsdiqlədi: Ukrayna bu raketlə Rusiyanı vura bilər!
07:20 / 26-11-2024
Gəncədə təcili yardım avtomobili piyadanı vuraraq öldürdü
23:45 / 25-11-2024
Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü açıldı
23:41 / 25-11-2024
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
23:39 / 25-11-2024
Sumqayıtda “Bəy hamamı” yandı - Yenilənib+Video
23:37 / 25-11-2024
İlham Əliyev Trampa zəng vurdu
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
YPX maşını kanala aşan şəxsə kömək etməyib? - Açıqlama + Video
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl YPX tərəfindən qovulduğu üçün avtomobilinin Sumqayıt yaxınlığında kanala aşdığını və polislərin onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən getdiyini iddia edən sürücü barədə açıqlama yayıb.
GununNebzi.az-ın Qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatda oktyabrın 16-sı Sumqayıt şəhərində 01-CC-310 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsünün bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün Sumayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsinin verildiyi qeyd edilib:
“Sürücü buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Məhəlləarası yollarda yüksək sürətlə və təhlükəli formada avtomobili idarə edən sürücü əvvəlcə başqa bir “Toyota” markalı avtomobillə toqquşub. Hərəkətini davam etdirən sürücü daha sonra idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında yerləşən maneəyə vurub və avtomobili kanala aşırıb. Sürücü və yanında olan bir nəfər sərnişin polis əməkdaşları tərəfindən kanaldan çıxarılıb.
Araşdırma zamanı sürücünün Sumqayıt şəhər sakini Cəfər Həsənov olduğu məlum olub. Təyin edilən ekspertizaların nəticəsində onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün məsuliyyətdən yayınmaq məqsədilə yol polislərinin “saxla” əmrinə tabe olmadığı müəyyən edilib.
Qeyd edək ki, Cəfər Həsənovun hadisədən sonra sosial şəbəkələrdə videoları paylaşılıb. O, etdiyi qanun pozuntusuna haqq qazandırmaq üçün guya qəza zamanı yol-patrul xidməti avtomobilinin onun qarşısını kəsməsi səbəbindən idarəetməni itirdiyini və avtomobili kanala aşırdığını və polislərin onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən getdiyini bildirib. Amma hadisə yerinin yaxınlığında olan müşahidə kameralarından görünür ki, sürücünün qarşısı nəinki yol-patrul xidməti avtomobili, ümumiyyətlə heç bir nəqliyyat vasitəsi tərəfindən kəsilməyib. Həmçinin sürücü və sərnişinin polislər tərəfindən sudan çıxarılaraq xilasedilməsi də hadisə şahidləri tərəfindən lentə alınıb. Cəfər Həsənova da təqdim edilən bu görüntülərdən sonra o, sosial şəbəkələrdə yol polisinin ünvanına səsələndirdiyi iddiaları özünü müdafiə etmək məqsədilə bilərəkdən yalandan dilinə gətirdiyini bildirib.
Cəfər Həsənovun törətdiyi qayda pozuntusu ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib”.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-10-2022, 14:13 Oxunub: 50
Bölməyə aid digər xəbərlər
19-03-2022, 14:42
Bakıda “Range-Rover” sürücüsü bu hərəkətinə görə həbs edildi - VİDEO
19-09-2022, 11:18
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
27-10-2021, 12:38
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi
20-03-2020, 18:00
Beyləqanda müvəqqəti duracağa aparılan sürücü öldü