21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakını üfunətə qərq edən Böyükşor gölündə təmizlik işlərinə başlandı - VİDEO

Bakını üfunətə qərq edən Böyükşor gölündə təmizlik işlərinə başlandı - VİDEOBir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb. İşlər Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb.

Artıq bu gündən etibarən Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işlərinə başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası Böyük Şor gölünə gətirilib. Xidmət tərəfindən, ilk növbədə, gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Gün ərzində görülmüş tədbirlər sayəsində 14 ton çirkab maddə yığılaraq ərazidən kənarlaşdırılıb.


Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin, təqribən, 50 faizində işlər yekunlaşdırılıb. İşlərin qısa müddətdə tamamlanması üçün zəruri tədbirlər davam etdirilir.

Xatırladaq ki, iki gün əvvəl Baku TV Böyükşor gölündəki son vəziyyət və bunun səbəb ola biləcəyi fəsadlar barədə ətraflı videomaterialı tamaşaçılara təqdim etmişdi.



Tarix: 9-07-2020, 21:10 Oxunub: 97


Bölməyə aid digər xəbərlər