23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hərbi Prokurorluqda Zəfər Günü ilə bağlı konfrans keçirildi

Hərbi Prokurorluqda Zəfər Günü ilə bağlı konfrans keçirildi

4 noyabrda Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Müzəffər Ali Baş Komandan və qalib xalq” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, tədbirdən öncə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Əvvəlcə mərasim iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa diləyiblər.

Tədbiri açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını, bütün qaziləri və şəhid ailələrini 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edərək onlara xoş arzularını ifadə edib. Hərbi prokuror bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini zamanın tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, dərin düşüncəsi, uzaqgörən siyasi strategiyası, sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin, dəyanətinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə rəğmən dövlətimiz qüdrətlənir, işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin qeyd edib ki, ölkəmizin dinamik tərəqqisində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Milli Məclisin deputatları Nizami Səfərov “Vətən müharibəsinin başlanmasını labüd edən hallar və məsələyə beynəlxalq hüquqi müstəvidə yanaşma”, Aqil Abbas “44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən Prezident-Xalq-Ordu vəhdəti”, İlham Məmmədov “Müdrik liderin qətiyyəti və mahir siyasi diplomatiyası sayəsində qazanılan möhtəşəm qələbə” və hüquq müdafiəçisi Əhməd Şahidov “Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə və dünya mediasında tanıdılması” mövzularında ətraflı çıxışlar ediblər və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Daha sonra Müdafiə Nazirliyinin inspektorlar qrupunun inspektoru, ehtiyatda olan polkovnik Abdulla Qurbani və çıxış edən digər şəxslər Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə Hərbi Prokurorluğun özünəməxsus rolundan, Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi və aidiyyəti təşkilatlarla birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, çıxışçılar Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun rəhbərinə və kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda Hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə dərin təşəkkürünü bildirərək qeyd edib ki, Prezidentin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçılarının mütəmadi olaraq müxtəlif orden və medallarla təltif edilməsi onların xidmətinə verilən yüksək dəyərin təcəssümüdür.

Ardınca Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim olunub, onlar isə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Hərbi Prokurorluqda Zəfər Günü ilə bağlı konfrans keçirildi
Hərbi Prokurorluqda Zəfər Günü ilə bağlı konfrans keçirildi
Hərbi Prokurorluqda Zəfər Günü ilə bağlı konfrans keçirildi

Tarix: 4-11-2022, 20:30 Oxunub: 24


Bölməyə aid digər xəbərlər