Azərbaycan ordusu daha 7 yeddi şəhid verdi
Baku TV xəbər verir ki, Azərbaycan Ermənistan dövlət sərhəddinin Tovuz rayonu hissəsində ağır döyüşlər nəticəsində Azərbaycan ordusunun daha 7 hərbi qulluqçusu şəhid olub. Onlar arasında general- mayor Polad Həşimov da var. Şəhid olan digər hərbi qulluqçularımızın siyahısı belədir :
Polkovnik Mirzəyev İlqar Anzor oğlu
Mayor Əhmədov Namiq Hajan oğlu
Mayor Novruzov Anar Gülverdi oğlu
Gizir Zeynallı İlqar Ayaz oğlu
Gizir Babayev Yaşar Vasif oğlu
Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.
Bölmələrimizin cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrini də atəşə tutur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Bölməyə aid digər xəbərlər