Şəhidlərimizin yas mərasimlərində insanların iştirak etməsinə qadağa qoya bilmərik, insanlar ora öz duyğuları ilə gəlir, ancaq burada məsafə saxlamaq və maskadan istifadə etmək çox vacibdir.
GununNebzi.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.
Ş.Mövsümov ümumilikdə ölkədə vəfat etmiş insanlara böyük yas mərasimlərinin təşkilinin qeyri-qanuni olduğunu qeyd edib: “Bizim xəbərimiz var. Azərbaycanda çoxlu sayda insanın iştirakı ilə keçirilən yas mərasimləri var, ancaq bu, qeyri-qanunidir. Pandemiya dövründə vəfat etmiş insanlara böyük yas mərasimlərinin keçirilməsi düzgün deyil, bu gün pandemiya şəraitində yaşayırıq. Dünyada koronavirusa ən çox kişilər yoluxur, ancaq Azərbaycanda əsasən qadınlar yoluxur və bu yoluxmalar da daha çox yas mərasimlərində baş verir”.
Bölməyə aid digər xəbərlər