21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Xaliq Faiqoğlu”nu bu dəfə öz direktoru məhkəməyə verdi — 287 min borcu da var...

“Xaliq Faiqoğlu”nu bu dəfə öz direktoru məhkəməyə verdi — 287 min borcu da var...

Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı növbəti dəfə məhkəmə iddiası qaldırılıb.

GununNebzi.az
xəbər verir ki, bu dəfə məhkəmə iddiası şirkətin direktoru Seyidov Faiq Sadıq oğlu tərəfindən qaldırılıb.

Məhkəmə iddiasının borc müqaviləsi üzrə mübahisələrlə bağlı olduğu bildirilir. İşə Ali Məhkəmədə hakim Kəmalə Abiyevanın sədrliyilə baxılacaq.

Nizamnamə kapitalı 20 manat olan “Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Paytaxt ərazisində 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin uzun müddətdir dövlət büdcəsinə də böyük həcmdə vergi borcu var. Hazırda (23.01.2023-cü il tarixinə) MMC-nin vergi borcu 287 min 60 manat 92 qəpik təşkil edir.

Qeyd edək ki, Seyidov Faiq Sadıq oğlu “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”ə də rəhbərlik edir. “Xaliq Faiqoğlu”ndan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.

Məlumat üçün onu da qeyd edək ki, son zamanlar “Xaliq Faiqoğlu” MMC-yə qarşı bir sıra məhkəmə iddiası qaldırılıb.

- Ötən ilin noyabr ayında “SOCAR Petroleum” QSC “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.

- 2022-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində icarə müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.

- Ötən ilin aprel ayında Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC ("Nar mobile") də “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

- Bunlardan başqa Azərbaycanda avtobus və yük avtomobillərinin satışını həyata keçirən “Grand Motors” MMC və avtomobillərin ehtiyat hissələrinin idxalı və topdan satışı ilə məşğul olan "Lokomotiv" MMC də "Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıblar.

(Yeniavaz.com)

Tarix: 23-01-2023, 23:51 Oxunub: 23


Bölməyə aid digər xəbərlər