“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırdır. Şikayəti yoxdur, bədən hərarəti normal rəqəmlərdədir, fəaldır".
GununNebzi.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
“Əvvəlki məlumatlarda qeyd etdiyimiz kimi, bir həftədən artıq müddətdə xəstənin traxeostoması qapalı saxlanılıb və bununla tənəffüsün təbii yolla olması təmin edilib. Artıq biz buna tam əmin olduqdan sonra bu gün həmin traxeostomik boru çıxarıldı, yaxın günlərdə reanimasiya şöbəsindən adi palataya köçürülməsi nəzərdə tutulub”.
Xatırladaq ki, Bəhram Bağırzadə bir müddət əvvəl koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Bölməyə aid digər xəbərlər