02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
DTX-nin tutduğu general ev dustaqlığına buraxıldı

DTX-nin tutduğu general ev dustaqlığına buraxıldı

Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakıda genişmiqyaslı əməliyyatı nəticəsində Dövlət Gömrük Komitəsinin bir neçə yüksək rütbəli vəzifəliləri saxlanılmışdı. Saxlanılanlar arasında “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov da var idi. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Tarix: 23-02-2023, 12:43 Oxunub: 7


Bölməyə aid digər xəbərlər