02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakı havasında dəm qazının miqdarı normadan yüksəkdir

Bakı havasında dəm qazının miqdarı normadan yüksəkdir

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

GununNebzi.az
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən yalnız dəm qazının miqdarı normadan 1.6, Sumqayıt şəhərində azot-4 oksid normadan 1.1, Gəncə şəhərində isə 1.3 dəfə yüksək qeydə alınıb.

Qeyd olunub ki, göstəricilərin normadan yüksək olmasına səbəb həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

Tarix: 27-02-2023, 20:03 Oxunub: 16


Bölməyə aid digər xəbərlər