21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Usubovun qardaşı oğlu ilə Zalovun kürəkəninin yerləri dəyişdirildi

Usubovun qardaşı oğlu ilə Zalovun kürəkəninin yerləri dəyişdirildi

Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov işdən çıxarılıb.

GununNebzi.az-
ın“Qafqazinfo”ya istinadən məlumata görə, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Hikmət Usubov işdən azad edilərək sərəncama götürülüb.

Nazirin digər əmri ilə sözügedən vəzifəyə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Əşrəf Allahyarov təyin edilib.

Qeyd edək ki, hər iki polis zabiti yüksək vəzifəli şəxslərin qohumudur. Hikmət Usubov sabiq daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu, Əşrəf Allahyarov isə daxili işlər nazirinin keçmiş müavini Oruc Zalovun kürəkənidir.
Ətraflı

Xatırladaq ki, general-leytenant Oruc Zalov ötən ilin dekabrında təqaüdə göndərilib. O, 1998-2022-ci illərdə nazir müavini olub. 1994-2019-cu illərdə daxili işlər naziri olan Ramil Usubov isə hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibidir.

***

Daxili işlər naziri Vilayət Eyvazovun daha bir əmri ilə Hikmət Usubov Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin edilib.

Tarix: 10-03-2023, 10:37 Oxunub: 50


Bölməyə aid digər xəbərlər