00:44 / 16-01-2025
Uzun müddət sonra Qəzzada xoşbəxt anlar - Video
23:58 / 15-01-2025
Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı məlumat yaydı
18:48 / 15-01-2025
300-dən çox məktəbdə telefon qadağan edilib - RƏSMİ
18:45 / 15-01-2025
Azərbaycan Ordusunun əsgəri odlu silahla özünü öldürdü - YENİLƏNDİ
18:43 / 15-01-2025
Qar yağacaq - XƏBƏRDARLIQ
17:38 / 15-01-2025
DİN-dən vatsapda yayılan xəbərdarlıq mesajı barədə - Açıqlama
17:36 / 15-01-2025
Prezident Fərman imzaladı
17:35 / 15-01-2025
Sabah bu ərazidə qaz olmayacaq
17:33 / 15-01-2025
Zelenski Polşadadır - Video - Yenilənib
17:32 / 15-01-2025
Bunun üçün icazə tələb olunmayacaq
17:28 / 15-01-2025
Ötən il ən çox bu məhsullar bahalaşıb - Siyahı
17:27 / 15-01-2025
Ermənistan Rusiyaya nota verdi
17:18 / 15-01-2025
AZAL təyyarəsinin “qara qutu”ları Qazaxıstana qaytarıldı
16:51 / 15-01-2025
AZAL təyyarəsinin “qara qutu”ları Qazaxıstana qaytarıldı
16:50 / 15-01-2025
Azərbaycanda dini qurumlara bu qədər pul ayrıldı - Siyahı
16:46 / 15-01-2025
Avropa Məhkəməsi bu söküntüyə görə 2 milyona yaxın təzminat qərarı verdi
16:40 / 15-01-2025
Ağ Şəhərdə mənzildə partlayış - Yenilənib - Video
10:41 / 15-01-2025
“Bəxtiyar Hacıyevlə bağlı qərara xarici müdaxilə qəbuledilməzdir” - XİN
10:23 / 15-01-2025
Bacısının evində dəm qazından boğuldu
10:22 / 15-01-2025
İşlədikləri mağazadan 148 televizor oğurladılar
01:31 / 15-01-2025
ABŞ Ermənistanla o sazişi imzaladı
00:56 / 15-01-2025
Türkiyədə saxta içkidən 11 nəfər öldü
00:49 / 15-01-2025
Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verdi
00:38 / 15-01-2025
Hafiz Hacıyevin “pensiya almıram” iddiasına - Rəsmi cavab
20:29 / 14-01-2025
“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama
20:25 / 14-01-2025
Məktəbli qız qızdırmadan öldü
20:23 / 14-01-2025
Plastik cərrahlar efirlərə buraxılmayacaq
18:48 / 14-01-2025
“Qara qutu”ları açdıq, orada maraqlı məlumatlar var”
17:17 / 14-01-2025
Dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı
17:02 / 14-01-2025
Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu
13:04 / 14-01-2025
Dumanlı yolda 6 maşın toqquşdu - Fotolar
08:21 / 14-01-2025
“Kiyevə gəl” - Zelenskidən Fitsoya cavab
Torpağa çıxarış almaq asanlaşacaq
Xəbər verildiyi kimi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarının əldə edilməsi ilə bağlı dəyişiklik ediləcəyi gözlənilir.
GununNebzi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində təklif olunan dəyişikliyə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə bilər. Həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər.
Bu o deməkdir ki, hər hansı bir bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxs tikinti həmin obyektinin yerləşdiyi torpaq sahəsi üçün hərrac olmadan çıxarış ala biləcək. Bir şərtlə ki, torpağın üzərindəki tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olsun.
Hazırda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, müəyyən istisnalar olmaqla, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1 maddəsində bildirilir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə beş il ərzində özgəninləşdirilməməklə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
əlumat üçün bildirək ki, hərrac hər hansı bir daşınmaz əmlakın və ya əmtəənin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması, auksion, yəni açıq artırma üsulu ilə satılmasıdır.
Bəs bu dəyişikliyin əhəmiyyəti nə olacaq və əmlak bazarına hansı yenilikləri gətirəcək?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə gözlənilən dəyişikiyin əhəmiyyətini “Qafqazinfo”ya şərh edərkən xatırladıb ki, ölkəmizdə, xüsusən də Bakı şəhərində orta hesabla 500 minə yaxın çıxarışı olmayan fərdi ev var ki, bunun da böyük bir hissəsi bələdiyyə torpaqları üzərində tikilmiş evlərdir: “Zamanında bələdiyyələrə torpaq satmaq hüququ verilmişdi. Vətəndaşlar da bələdiyyələrdən torpaq alıb onların üzərində fərdi evlər inşa ediblər. Ancaq buna baxmayaraq bələdiyyələr tərəfindən verilmiş sərəncamların böyük əksəriyyəti aidiyyəti qurumlar tərəfindən etibarsız sayıldı. Buna əsas səbəb kimi həmin torpaqların təyinatının yaşayış məntəqələri deyil, digər təyinatlı olması oldu. Bu baxımdan bələdiyyə torpaqlarında mülkiyyət və icarə hüquqlarının əldə edilməsi üçün ilk növbədə, bələdiyyə sərəncamı ilə satılmış torpaqların təyinatları dəyişdirilməlidir. Onlar yaşayış məntəqələrinə çevrilməlidir”.
Ekspert vurğulayıb ki, 2000-ci ilin əvvəlindən başlayaraq 2007-ci ilə qədər bələdiyyələr torpaq satıb. Orta hesabla 20 il ərzində bu torpaqlarda yaşayış massivləri salınıb. Onlar digər təyinatlı olsalar da, yaşayış məqsədilə istifadə olunur. Lakin bələdiyyələr buradakı evlərin çıxarışı olmadığından onların sakinlərindən qanunla torpaq və əmlak vergisi yığa bilmir: “Bu baxımdan bələdiyyə büdcəsinin formalaşması, dövlət büdcəsinə vergilərin ödənilməsi üçün mütləq şəkildə bu torpaqların təyinatı dəyişdirilib yaşayış təyinatlı olmalıdır. Əsas məsələ isə budur ki, vətəndaşların mülkiyyət hüquqları qorunmalıdır. Çıxarış yoxdursa, vətəndaş öz mülki üzərində hüquqlarının böyük bir hissəsini itirir. Yəni, burada daha çox qeydiyyata düşmək, banka girov qoyma, kreditlə satış və digər bu kimi problemlər var. Bu problemlərin başlıca səbəbi belə ərazilərdəki fərdi evlərin üzərində yerləşdiyi torpağın çıxarışının olmamasıdır. Təbii ki, bələdiyyə sənədi ilə satılmış torpaqlarla bağlı belə bir addım atılarsa, bu, təqdirəlayiq addım olar. Həm vətəndaşlar problemdən qurtula, həm də bələdiyyələr vergi yığaraq böyük həcmdə büdcə formalaşdıra bilər”.
Ekspert əlavə edib ki, çıxarışın olmaması vətəndaşları belə torpaqlar üzərindəki fərdi evləri kreditlə əldə etmək hüququndan məhrum edir: “Son illər, xüsusən də 2022-ci ilə nəzərə salanda məlum olur ki, satılan əmlakların böyük əksəriyyəti, təqribən 60 faizindən yuxarı hissəsi ipoteka və digər kreditli şərtlərlə satılıb. Daşınmaz əmlakın kreditlə satıla bilməsi üçün onun mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənədi (çıxarış nəzərdə tutulur) olmalıdır. 2022-ci ildə İpoteka və Zəmanət Fondunun ayırdığı ipoteka kreditlərinin təqribən 90 faizindən çoxu bina evlərinə şamil olunub, 5-7 faizi isə həyət evlərinə. Həyət evlərinin ipoteka ilə satılması üçün mütləq şəkildə onun torpağının da çıxarışı olmalıdır”.
Bələdiyyə torpaqları üzərində tikilmiş evlərin böyük əksəriyyətinin çıxarışının olmaması vətəndaşları daha ucuz qiymətə geniş yaşayış sahələrini kredit vasitəsilə almağa imkan vermir. E. Fərzəliyevin sözlərinə görə, hazırda Bakı şəhərinin istənilən metrostansiyasına yaxın bir otaqlı yeni tikili binalarda təmirli mənzillərin qiyməti təxminən 100-160 min manat arasında dəyişir. Köhnə tikili binalarda isə bu qiymət 70 -90 min manat arasındadır. Hərçənd ki, 80-100 min manata gözəl şəraitli, 3-4 otaqlı həyət evi almaq olar: “Amma vətəndaşlar belə evləri kreditlər ala bilmirlər. Çünki çıxarış yoxdur. Bu baxımdan əgər sözügedən dəyişiklik edirlərsə, bu, əmlak bazarında ciddi canlanmaya səbəb ola bilər”.
Müsahibimiz fikrinə əlavə olaraq bildirək ki, çıxarış məsələsinin həll edilməsi daşınmaz əmlak bazarında təklifin artmasına imkan verir. Bu da qiymət artımının davam etməsinin qarşısını ala bilər.
Qeyd edək ki, dəyişikliklə bağlı qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsində müzakirə edilib və birinci oxunuşda baxılmaq üçün plenar iclasa tövsiyə olunub.
Bölməyə aid digər xəbərlər

Tarix: 15-03-2023, 11:13 Oxunub: 12
Bölməyə aid digər xəbərlər
30-10-2020, 16:36
Milli Məclisdə bəzi qanunlara dəyişiklik edilməsi müzakirə olunub
19-06-2020, 18:57
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi AÇIQLANDI
5-08-2020, 20:31
Baş Nazir 22 il əvvəl qəbul edilən qərarı dəyişdirdi
29-11-2021, 17:31
Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişdi