18:43 / 15-01-2025
Qar yağacaq - XƏBƏRDARLIQ
17:36 / 15-01-2025
Prezident Fərman imzaladı
17:27 / 15-01-2025
Ermənistan Rusiyaya nota verdi
Tikintiyə nəzarət sərtləşdirilir

Tikintiyə nəzarət sərtləşdirilir

Azərbaycanda tikintidə pozuntuların aradan qaldırılmasına verilən müddət azaldılır.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı “Şəhərsalma və Tikinti Məcəlləsinə” dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, bu müddət 2 ildən 1 ilə qədər azaldılır.

Belə ki, müvafiq əsaslarla tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi söküləcək.

Hazırda Məcəllədə bu müddət 2 il nəzərdə tutulur.
Eyni zamanda tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən tikintiyə icazə alınması müddətinin də azaldılması təklif edilir. Belə ki, qüvvədə olan qanuna görə, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Dəyişikliyə əsasən isə bu müddətin 6 aya qədər azaldılması nəzərdə tutulur.

Tarix: 15-03-2023, 12:33 Oxunub: 12


Bölməyə aid digər xəbərlər
1-02-2021, 16:55 Diqqət: Müddət uzadıldı