15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bu tibb məntəqlərində rentgen müayinəsi dayandırıldı - Video

Bu tibb məntəqlərində rentgen müayinəsi dayandırıldı - Video

“Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu bir sıra tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə uyğun olaraq nöqsanlar aşkar edilib.

O cümlədən radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və “xüsusi icazə”nin olmaması səbəbindən müvafiq olaraq Bakı şəhərində yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarı dayandırılıb.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir (həmin müəssisələrin siyahısı ilə bu ünvana daxil olmaqla tanış olmaq mümkündür – https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000).


Bu tibb məntəqlərində rentgen müayinəsi dayandırıldı - Video
Bu tibb məntəqlərində rentgen müayinəsi dayandırıldı - Video
Bu tibb məntəqlərində rentgen müayinəsi dayandırıldı - Video
Bu tibb məntəqlərində rentgen müayinəsi dayandırıldı - Video
Bu tibb məntəqlərində rentgen müayinəsi dayandırıldı - Video
Bu tibb məntəqlərində rentgen müayinəsi dayandırıldı - Video

Tarix: 3-04-2023, 12:48 Oxunub: 22


Bölməyə aid digər xəbərlər
29-10-2021, 12:20 FHN-dən XƏBƏRDARLIQ