Oqtay Əsədovun qardaşı məhkəməyə verildi - "Stop" qoyula bilər

Oqtay Əsədovun qardaşı məhkəməyə verildi - "Stop" qoyula bilər

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədov məhkəməyə verilib.

GununNebzi.az-
ın Qaynarinfo-ya istinadən məlumatına görə, Nazim Əsədovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə vergi borcu yaranıb və ödənilmədiyindən iş məhkəməyə göndərilib.

Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq. Vergi borcu ödənilməsə, məhkəmənin qərarı ilə Nazim Əsədovun ölkədən çıxışına "stop” qoyula bilər.

Qeyd edək ki, Nazim Əsədov ölkədə 10-dan artıq şirkətin qanuni təsmsilçisidir. O, "OPTİMA-AZ, "BUTA STONE” MMC, "Evint” MMC və digər bir sıra şirkətlərə rəhbərlik edir.

Tarix: 14-04-2023, 18:50 Oxunub: 17


Bölməyə aid digər xəbərlər