02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
102-yə zəng edib metroda partlayış olduğunu dedi

102-yə zəng edib metroda partlayış olduğunu dedi

“20 Yanvar” metrostansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub.

GununNebzi.az-
ın“Qafqazinfo”ya istinadən məlumatına görə, 32 yaşlı Aqil Vəliyev (şərti) axşam saatlarında Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq metroda partlayış olması barədə məlumat verib.

Zəng edən şəxsin kimliyi araşdırılanda məlum olub ki, o, Sumqayıtda yaşayır. Polis əməkdaşları hadisəni araşdırmaq üçün həmin ünvana gediblər. Onu polis bölməsinə dəvət ediblər. Lakin Aqil Vəliyev bölməyə getməkdən imtina edib. Bundan sonra polis əməkdaşları vətəndaşı məcburi qaydada avtopatrula əyləşdirərək Sumqayıtda 4-cü Polis Bölməsinə aparıblar. Müayinə zamanı onda orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Aqil Vəliyev barəsində protokol tərtib edilib.

Sumqayıt Şəhər Məhkəməsi tərəfindən protokol əsaslı hesab edilib. Aqil Vəliyev 30 gün müddətinə həbs edilib.

Tarix: 22-04-2023, 13:52 Oxunub: 14


Bölməyə aid digər xəbərlər