14:06 / 26-01-2025
Ərdoğan Xocalıya gələcək
Gəncədə tarixi abidəyə qanunsuz müdaxilə edildi

Gəncədə tarixi abidəyə qanunsuz müdaxilə edildi

Gəncə şəhəri, Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə qanunsuz müdaxilə faktının qarşısı alınıb.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Baxış keçirilən zaman abidənin üzərində quraşdırılmış məlumat lövhəsi və binanın dam örtüyünün söküldüyü müəyyən edilib.

Müdaxilə faktının qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən dərhal alınıb və aparılan qanunsuz təmir işləri dayandırılıb.

Sözügedən faktla bağlı aidiyyəti dövlət orqanlarına müraciət olunub və birgə qanuna müvafiq tədbirlər görülməkdədir", - məlumatda deyilir.

Tarix: 26-04-2023, 22:19 Oxunub: 10


Bölməyə aid digər xəbərlər