21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Milli Məclisdə Fransada baş verən son hadisələrlə bağlı müraciət ünvanlandı

Milli Məclisdə Fransada baş verən son hadisələrlə bağlı müraciət ünvanlandı

Milli Məclisin sədri Sahibə Qafarova və Milli Məclisin nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq parlament təşkilatlarına Fransada baş vermiş son hadisələrlə əlaqədar müraciət ünvanlayıblar.

GununNebzi.az
xəbər verir ki, müraciətdə, 2023-cü il iyunun 28-də Fransanın Nanter şəhərində 17 yaşlı əlcəzairli taksi sürücüsünün polis əməkdaşı tərəfindən səbəbsiz atəş açılaraq öldürülməsinin dərin hiddət və narahatlıq doğurduğu bildirilir.

Milli Məclisin sədri Sahibə Qafarovanın və Milli Məclisin nümayəndə heyətləri rəhbərlərinin Parlamentlərarası İttifaqa, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına, Avropa Parlamentinin prezidentinə, Avronest Parlament Assambleyasına, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasına, Türk Dövlətləri Parlament Assambleyasına, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına, GUAM Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, NATO Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasına ünvanladıqları müraciətdə bu zorakılıq aktı şiddətlə qınanılıb, Fransada milli azlıqların hüquqlarına və təhlükəsizliyinə biganə münasibətin olması, qeyri millətlərdən olan şəxslərə qarşı etinasızlıq, ksenofobiya və dini dözümsüzlüyün dərin kök salmasına dair təəssüf hissi ifadə olunub.

Müraciətin mətnində, irqi nifrət zəminində törədilmiş bu qanlı cinayətin Fransada bir sıra milli azlıqların, o cümlədən Əlcəzair icması nümayəndələrinin bərabər, ədalətli və ləyaqətli münasibət tələb edərkən qarşılaşdıqları sistemli problemlərin və ikili standartların təzahürü olduğu qeyd edilib.
Sonda, bu zorakılıq aktı bir daha qətiyyətlə pislənilib.

Tarix: 30-06-2023, 21:19 Oxunub: 10


Bölməyə aid digər xəbərlər