00:44 / 16-01-2025
Uzun müddət sonra Qəzzada xoşbəxt anlar - Video
23:58 / 15-01-2025
Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı məlumat yaydı
18:48 / 15-01-2025
300-dən çox məktəbdə telefon qadağan edilib - RƏSMİ
18:45 / 15-01-2025
Azərbaycan Ordusunun əsgəri odlu silahla özünü öldürdü - YENİLƏNDİ
18:43 / 15-01-2025
Qar yağacaq - XƏBƏRDARLIQ
17:38 / 15-01-2025
DİN-dən vatsapda yayılan xəbərdarlıq mesajı barədə - Açıqlama
17:36 / 15-01-2025
Prezident Fərman imzaladı
17:35 / 15-01-2025
Sabah bu ərazidə qaz olmayacaq
17:33 / 15-01-2025
Zelenski Polşadadır - Video - Yenilənib
17:32 / 15-01-2025
Bunun üçün icazə tələb olunmayacaq
17:28 / 15-01-2025
Ötən il ən çox bu məhsullar bahalaşıb - Siyahı
17:27 / 15-01-2025
Ermənistan Rusiyaya nota verdi
17:18 / 15-01-2025
AZAL təyyarəsinin “qara qutu”ları Qazaxıstana qaytarıldı
16:51 / 15-01-2025
AZAL təyyarəsinin “qara qutu”ları Qazaxıstana qaytarıldı
16:50 / 15-01-2025
Azərbaycanda dini qurumlara bu qədər pul ayrıldı - Siyahı
16:46 / 15-01-2025
Avropa Məhkəməsi bu söküntüyə görə 2 milyona yaxın təzminat qərarı verdi
16:40 / 15-01-2025
Ağ Şəhərdə mənzildə partlayış - Yenilənib - Video
10:41 / 15-01-2025
“Bəxtiyar Hacıyevlə bağlı qərara xarici müdaxilə qəbuledilməzdir” - XİN
10:23 / 15-01-2025
Bacısının evində dəm qazından boğuldu
10:22 / 15-01-2025
İşlədikləri mağazadan 148 televizor oğurladılar
01:31 / 15-01-2025
ABŞ Ermənistanla o sazişi imzaladı
00:56 / 15-01-2025
Türkiyədə saxta içkidən 11 nəfər öldü
00:49 / 15-01-2025
Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verdi
00:38 / 15-01-2025
Hafiz Hacıyevin “pensiya almıram” iddiasına - Rəsmi cavab
20:29 / 14-01-2025
“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama
20:25 / 14-01-2025
Məktəbli qız qızdırmadan öldü
20:23 / 14-01-2025
Plastik cərrahlar efirlərə buraxılmayacaq
18:48 / 14-01-2025
“Qara qutu”ları açdıq, orada maraqlı məlumatlar var”
17:17 / 14-01-2025
Dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı
17:02 / 14-01-2025
Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu
13:04 / 14-01-2025
Dumanlı yolda 6 maşın toqquşdu - Fotolar
08:21 / 14-01-2025
“Kiyevə gəl” - Zelenskidən Fitsoya cavab
Rəsmi Bakıdan Paşinyana cavab
Ermənistanın Baş naziri Nikol Paşinyanın 20 iyul tarixində hökumətin iclası zamanı çıxışında, Brüsseldə liderlər səviyyəsində keçirilmiş görüşə istinadən Laçın yolu ilə bağlı son 8 ay ərzində təkrarladıqları iddianı bir daha xüsusi vurğulaması Ermənistan tərəfinin bu məsələdən siyasi məqsədləri üçün istifadə etməklə yanaşı, son zamanlar irəliləməkdə olan sülh müqaviləsi danışıqlarına maneçilik törətmək niyyətini nümayiş etdirir.
GununNebzi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, Vətən müharibəsindən sonra Laçın yolunda Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyət sübut olunaraq, bu fəaliyyətin dayandırılmasına Azərbaycan tərəfindən çağırışlar edildiyi hər kəsə məlumdur:
“Bu fəaliyyətə məhəl qoyulmaması nəticəsində, Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi çərçivəsində Laçın sərhəd buraxılış məntəqəsini yaradaraq son bir neçə ay ərzində həm yüklərin, həm də erməni sakinlərin şəffaf və tənzimlənən qaydada keçidini təmin edib. Bu xüsusda, məntəqənin mövcudluğunun yolun bağlanması kimi təqdim edilməsi tamamilə yanlış yanaşmadır. Hətta, Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli qərarı ilə Ermənistan tərəfinin məntəqənin aradan qaldırılması ilə bağlı müraciətini yekdilliklə rədd edərək, bu iddianın əsassız olduğunu təsdiq etdiyi məlumdur. Ermənistan tərəfinin 15 iyun tarixində məntəqəni atəşə tutması, Azərbaycan sərhədçisini yaralaması, qaçaqmalçılıq cəhdləri etməsi Ermənistanın son 30 ildə Azərbaycan ərazilərinə qarşı təcavüzü və qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini göstərib, bununla Laçın məntəqəsinin labüdlüyü bir daha təsdiqlənib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan tərəfindən təklif olunan “Ağdam-Xankəndi” yolunun yüklərin daşınması üçün vacib olduğu fikrinə məhəl qoymayan Ermənistan tərəfinin hər vəchlə bu yoldan imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının əsassız olduğunu və Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini sübut edir.
Azərbaycanın bölgədə “etnik təmizləmə” həyata keçirmək istiqamətində addımlar atdığı barədə Ermənistan tərəfinin iddiası olduqca yanlış və təhlükəlidir. Azərbaycanlılara qarşı kütləvi qırğınlar və deportasiyalar həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman erməni sakinlərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməyib. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan baş naziri, erməni sakinlərin Azərbaycana reinteqrasiyasını təşviq etmək əvəzinə, dialoqun hansı formada həyata keçirilməsinə dair şərtlər irəli sürməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı addım kimi qiymətləndirilir və qəbuledilməzdir.
Azərbaycan və Ermənistanın sərhədləri hansı çərçivədə delimitasiya etməsindən asılı olmayaraq, Ermənistanın erməni silahlı qüvvələri tam olaraq Azərbaycan ərazisindən çıxarılmaq öhdəliyini yerinə yetirməməsi, əraziyə maliyyə dəstəyini davam etdirməsi və ərazi iddialarını müxtəlif məktublarda, bəyanatlarda və çıxışlarda vurğulaması şəraitində prosesin uğursuzluğa düçar olmasına çalışdığı hər kəsə aydındır və bu istiqamətdə manipulyasiyalar əsassızdır.
Azərbaycan tərəfi yuxarıda qeyd edilən istiqamətlər üzrə Ermənistan ilə sülh prosesinin təşəbbüskarı kimi, bölgədə sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır və danışıqlar prosesində fəal tərəfdir. Ermənistan tərəfi sülhdə maraqlıdırsa, sülh prosesinə maneçilik törədən səylərdən əl çəkməlidir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-07-2023, 18:40 Oxunub: 12
Bölməyə aid digər xəbərlər
23-02-2023, 00:01
XİN Mirzoyana cavab VERDİ
25-03-2023, 18:20
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
29-06-2023, 18:27
XİN-dən Paşinyana cavab: Saxta təbliğat...
15-11-2021, 16:57
Rəsmi Bakıdan Paşinyana cavab
8-06-2023, 19:11
Azərbaycan XİN Armen Qriqoryana cavab verib