23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hərbi Prokurorluqda kollegiya iclası keçirilib - Fotolar

Hərbi Prokurorluqda kollegiya iclası keçirilib - Fotolar

Hərbi Prokurorluqda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü ilin birinci yarımilində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyev xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin müdrik siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən dövlət başçısının rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edərək, milləti və dövləti qarşısındakı misilsiz xidmətləri ilə bütün liderlərdən seçilən möhtərəm Prezident cənab İlham Əliyevin xalqın sonsuz sevgisini qazandığını xüsusi vurğulayıb.

Baş prokurorun müavini Xanlar Vəliyev isə bildirib ki, bu il qeydə alınmış cinayətlərin ümumilikdə 99,1%-i, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100%-i açılıb.

Qeyd olunanlarla bərabər, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə hesabat dövründə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunub.

Bütün bunların nəticəsində hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 16,8%, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 42% azalıb.

Tədbirin sonunda Baş Prokuror Kamran Əliyev cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə isə preventiv tədbirlərin gücləndirilməsinə dair göstərişlər verib.


Hərbi Prokurorluqda kollegiya iclası keçirilib - Fotolar
Hərbi Prokurorluqda kollegiya iclası keçirilib - Fotolar

Tarix: 21-07-2023, 19:25 Oxunub: 11


Bölməyə aid digər xəbərlər