01:14 / 24-12-2024
Prezidentin doğum günüdür
18:13 / 23-12-2024
Putin Əliyevi təbrik etdi
Bu yaşayış binası və obyektlərin tikintisi dayandırıldı

Bu yaşayış binası və obyektlərin tikintisi dayandırıldı

Masallı şəhərinin Heydər Əliyev prospektində “Sirr-M” MMC-yə məxsus yaşayış binasının, Səməd Vurğun küçəsində şadlıq sarayının, Digah yaşayış massivi və rayonun Ləngan kəndində ticarət obyektlərinin müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikintisi faktları aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb.

Tarix: 1-08-2023, 13:26 Oxunub: 9


Bölməyə aid digər xəbərlər
20-06-2021, 15:18 FHN tikintini dayandırdı