21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Həbs edilən polkovniklər hakim qarşısına çıxarılır

Həbs edilən polkovniklər hakim qarşısına çıxarılır

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri -Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

GununNebzi.az-
qafqazinfo -ya istinadən məlumatına görə, təqsirləndirilən şəxslərin cinayət işləri ayrı-ayrılıqda icraata verilib.

İş Bakı Hərbi Məhkəməsində araşdırılacaq.

Qeyd edək ki, polkovniklər-Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin , Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix: 23-08-2023, 18:06 Oxunub: 26


Bölməyə aid digər xəbərlər