02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Zibeydə Sadıqovadan “Modern Hospital” şikayət edibmiş

Zibeydə Sadıqovadan “Modern Hospital” şikayət edibmiş

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

GununNebzi.az-
ın məlumatına görə, iclasda intizam komissiyasının vəkil Zibeydə Sadıqova ilə bağlı rəyinə baxılıb.

Məlum olub ki, Z.Sadıqovadan “Modern Hospital” şikayət edibmiş. Şikayət olunla əsaslandırılıb ki, vəkil icraatında olan mülki işlərin birində hospitalın kommersiya sirlərini açıqlayıb.
Ətraflı

Zibeydə Sadıqova saytımıza açıqlamasında bildirib ki, iclasda hospitalın şikayəti araşdırılıb və əsassız olduğu elan edilib:

“Rəyasət heyəti də belə qənaətə gəldi ki, mənim hərəkətlərimdə hər hansı pozuntu qeydə alınmayıb. Bu əsasla intizam icraatına xitam verildi”.

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bundan əvvəl keçirilən iclasında Zibeydə Sadıqovanın həyat yoldaşı Elçin Sadıqov və başqa iki vəkilin vəkillik fəaliyyətinin dayandırılması, Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə məhkəməyə müraciət edilməsi qərara alınıb.


(Qafqazinfo)

Tarix: 1-09-2023, 18:09 Oxunub: 7


Bölməyə aid digər xəbərlər