23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Gigiyenik qaydalara təkcə virus dönəmində deyil, hər zaman riayət olunmalıdır”

“Gigiyenik qaydalara təkcə virus dönəmində deyil, hər zaman riayət olunmalıdır”“Təbii ki, bunların yanında sanitar və gigiyenik qaydalara maksimum dərəcədə diqqət olunmalıdır və eləcə də mətbəxdə işləyən aşbaz və ofisiantların maska taxması mütləqdir. Çünki mətbəxdə işləyənlər birbaşa qidayla təmasda olduqları, yemək hazırladıqları üçün onların virus bulaşması daha tez ola bilər”
Bunu gununnebzi.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert İsa Əliyev deyib. Ekspert fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin qaydalara riayət etmək şərtiylə tədricən açılmasının tərəfdarı olduğunu bildirib:

“İctimai-iaşə obyektlərinin karantin dövründə işləməsi barədə bilirsiniz ki, Qida Təhlükəsizliyi Agentliyində metodiki göstərişlər var və bir çox normativlər qəbul edilib. Hazırda Operativ Qərargahın birifinqində də o normativlərin bəziləri səsləndirildi. Məsələn, masalar və insanlar arası məsafələrdən danışıldı. Təbii ki, bunların yanında sanitar və gigiyenik qaydalara maksimum dərəcədə diqqət olunmalıdır və eləcə də mətbəxdə işləyən aşbaz və ofisiantların maska taxması mütləqdir. Çünki mətbəxdə işləyənlər birbaşa qidayla təmasda olduqları, yemək hazırladıqları üçün onların virusa bulaşması daha tez ola bilər. Ancaq onu da qeyd etməliyəm ki, uzun zamandır iaşə obyektləri işləmədiyi üçün onlar bu gün razıdırlar ki, bütün qaydalara riayət etsinlər və fəaliyyətləri dayandırılmasın. Çünki uzun müddət işləmədikləri üçün onlara çox ciddi maddi zərər oldu. Ona görə də onlar bu qaydalara riayət etməyi özlərinə borc bilirlər. Mənə elə gəlir ki, müxtəlif yoxlamalar və maarifləndirmələrlə fəaliyyətin əvvəlki formada bərpa olunması mümkündür. Təbii ki, yeni normalar var, onlar həyatımızın bütün sahələrinə sirayət edib, bunlar isə maska, əlcək və təmizlikdir. Bunlara riayət edərək məncə, obyektləri açmaq lazımdır, yəni burda söhbət bütün iaşə obyektlərindən gedir. Çünki virus yox olmayacaq, heç bir zaman dünya bunu sıfra endirə bilməyəcək. Mən elə başa düşünürəm ki, gigiyenik qaydalara təkcə virus dönəmində deyil, hər zaman riayət olunmalıdır. Virusdan olmasa belə başqa bir baktieroloji səbəblərdən də insanları zəhərləyə bilərlər. Ona görə də bütün gigiyenik qaydalara riayət olunması vacibdir”.


Tarix: 17-08-2020, 16:14 Oxunub: 127


Bölməyə aid digər xəbərlər