21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bəxtiyar Hacıyevin həbs müddəti yenidən uzadıldı

Bəxtiyar Hacıyevin həbs müddəti yenidən uzadıldı

İctimai fəal Bəxtiyar Hacıyev barəsində növbəti dəfə məhkəməyə təqdimat verilib.

GununNebzi.az
qafqazinfo -ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda prokuror iş üzrə ibtidai istintaq hərəkətlərinin davam etdiyini əsas gətirərək seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən B.Hacıyevin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.

Tarix: 2-10-2023, 20:32 Oxunub: 15


Bölməyə aid digər xəbərlər