21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Toxunulmazlıq hüququ olan deputat hansı halda cərimələnə bilər? - AÇIQLAMA

Toxunulmazlıq hüququ olan deputat hansı halda cərimələnə bilər? - AÇIQLAMAMəlum olduğu kimi, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiklərinə görə cərimələniblər.

Sosial şəbəkələrdə isə Milli Məclisin deputatlarının və Ombudsmanın cərimələnməsini toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı vəkil Tural Şükürov “Qafqazinfo”ya açıqlama verib.

Onun sözlərinə görə, deputatların toxunulmazlıq hüququ yalnız məhkəmə qaydasında olan inzibati xətalarla bağlı qüvvədə olur:

“Konstitusiyamızın 90-cı maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz”.

Yəni məhkəmə qaydasında olan inzibati xətalarla bağlı onlar məsuliyyətə cəlb edilə bilməz.

Ancaq digər orqanlar da inzibati xətalara baxır və tənbeh tədbirləri seçirlər. Məsələn, Ekologiya Nazirliyi, Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanları da inzibati tənbeh tədbirləri görə bilərlər.

211-ci maddəyə gəldikdə isə, İnzibati Xətalar Məcəlləsində 211.1-ci maddəyə məhkəmə baxır.

211.2 – Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması halına isə məhkəmə baxmır. Deputat bu maddə üzrə toxunulmazlıq hüququndan istifadə edə bilməyəcək. Polis ona 211.1 maddəsi üzrə protokol tərtib edib məhkəməyə işi göndərə bilməz. Artıq orada onun toxunulmazlıq hüququndan istifadə olunacaq.

Məhkəmə qaydasında olan tənbehlər bir qədər ağır - həbslə nəticələnən xətalar və ya cinayətlər olur. Bu halda müəyyən rəsmiləşdirmə işləri gedir: prokuror təlimat göndərir, araşdırma aparılır, deputatın mandatı əlindən alınır. Bu, ağır proses olduğuna görə, Siyavuş Novruzov da məhkəmə qaydasında cərimələnməyib.

Onlar yalnız 211.2-ci maddə üzrə cərimələniblər”.

Tanınmış vəkil Cavad Cavadov da “Facebook”da məsələyə münasibət bildirib:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun 6.2. maddəsinə əsasən Müvəkkil səlahiyyət müddəti ərzində barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Yəni məhkəmədən kənar inzibati məsuliyyətə cəlb edilə bilər.

Həmçinin, Konstitusiyasının 90-cı maddəsinə əsasən, Milli Məclisin deputatı da yanız məhkəmə qaydasında inzibati tənbeh tətbiqindən azaddır. Bu səbəbdən hər şey qanun çərçivəsindədir.

Ombudsman və deputatın məhkəmədən kənar cərimələnməsi qanunidir, bu şərtlə ki, onlar məcburi olaraq polisə gətirilməsinlər".

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin şəxslər məhkəməyə çıxarılmayıb:

“Onlar məhkəmə qaydasında deyil, qanunun polisə verdiyi səlahiyyətlər çərçivəsində inzibati qaydada cərimə olunublar”.


Tarix: 23-08-2020, 18:27 Oxunub: 127


Bölməyə aid digər xəbərlər