23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
FIA həftəsi qonaqları belə qarşılandı - Bakıda ilk dəfə!
Ötən gün Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub.
GununNebzi.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən mötəbər tədbirlərindən olan FIA Mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) dekabrın 8-dək ev sahibliyi edəcək.
Bununla əlaqədar olaraq Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub. 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri, o cümlədən FIA prezidenti Mohammed Ben Sulayem, FIA rəsmiləri paytaxtımıza gəlib.
FIA həftəsi qonaqlarının qarşılanma tədbirində çıxış edən Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən bəhs edib. FIA və Azərbaycan Avtomobil Federasiyası komandasının qonaqların hər birinin özünü evdəki kimi hiss etmək üçün çalışdığını deyən Federasiya prezidenti qonaqlarin ölkəmizdən müsbət təəssüratlarla ayrılacağına əminliyini ifadə edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illər ölkəmizdə avtomobil idmanının sürətlə inkişaf etdiyini söyləyib, Azərbaycan Avtomobil Federasiyasının rəhbərliyinə görülən işlərə görə minnətdarlığını bildirib. O, son illər ərzində Federasiyanın öz fəaliyyətini genişləndirdiyini, nəticədə cəmiyyətdə bu idman növünə marağın artdığını qeyd edib.
FIA prezidenti Mohammed Ben Sulayem çıxışında Azərbaycan Avtomobil Federasiyasına, Azərbaycan hökumətinə bu tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edib, bütün dünyaya ölkə mədəniyyətini Formula-1 və digər tədbirlərlə göstərməklə daha gözəl nəticələrin əldə olunacağını qeyd edib.
Bakıda ilk dəfə təşkil olunan FIA Baş Assambleyasının iclası ilə yanaşı, FIA Fondu (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının iclasları da keçirilir. Həmçinin mükafatlandırma mərasimi çərçivəsində FIA pilotları da Bakıya səfər edəcək.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclasları və FIA Mükafatlandırma mərasiminin paytaxtımızda keçirilməsi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunub. Avtomobil idmanı sahəsində belə miqyaslı beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparıb. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.
Heydər Əliyev Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tədbirlərinin əsas məkanlarından biridir. FIA Baş Assambleyasının yekun iclası dekabrın 8-də, 2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempionatların qalib avtomobillərinin sərgisi isə dekabrın 6-da məhz Heydər Əliyev Mərkəzində təşkil ediləcək.
Heydər Əliyev Mərkəzinin foyesində isə bu günlər Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə cəlbedici xarici görünüşü, öz dövrünün unikal texniki göstəriciləri ilə fərqlənən klassik və idman avtomobilləri sərgilənir. Bunlar “Lamborghini Huracan Sterrato”, “Legends Car” (Ford Coupe 34), “Ferrari SF90 Stradale”, “The Model T Ford Snowmobile”, “Auburn Speedster 866”, “Cadillac Model M”, “Packard 645 Dual Cowl Phaeton” avtomobilləridir.
Dekabrın 8-də isə Bakı Konqres Mərkəzində FIA Mükakatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək və bu mərasimdə avtomobil idmanı sahəsində müxtəlif nominasiyalarda mükafatlar təqdim ediləcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 6-12-2023, 10:02 Oxunub: 5
Bölməyə aid digər xəbərlər
5-12-2023, 00:06
FIA prezidenti Bakıya gəldi - FOTO
29-04-2023, 19:47
FIA və AAF prezidentləri Bakının beynəlxalq idman tədbirinə hazırlığını müzakirə etdi
9-12-2022, 18:56
Bakı səs çoxluğu ilə FIA Baş Assambleyasının ev sahibi seçildi
10-06-2022, 17:13
FİA ilə AAF arasında əməkdaşlıq məsələləri müzakirə olundu - Fotolar
1-12-2020, 18:23
Məhşur idmançı koronavirusa yoluxub