15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizədlər üçün saat 22:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq, həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq.

İctimai Radioda debatlar saat 19:00-da başlayacaq.

Püşkatmanın nəticəsinə əsasən, İctimai Televiziya və Radioda namizədlər aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

1 - öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,

2- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

3 - Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

4 - Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

5 - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

6 - Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

7 - Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

(APA)


Tarix: 15-01-2024, 16:00 Oxunub: 0


Bölməyə aid digər xəbərlər