“Mehriban xanım Türk və Müsəlman Dünyasında hümanizm və tolerantlıq simvoludur”. Bunu GununNebzi.az-a açıqlamasında Suraxanı rayonun 2 saylı Uşaq Evinin müdiri Sevda Hacıyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın doğum günü münasibəti ilə təbrik edərkən deyib.
Onun sözlərinə görə, Mehriban xanımın həyata keçirdiyi çoxsaylı layihələr Heydər Əliyevin ideyalarına, işıqlı amal və məsləklərinə daim işıq salmaqla yanaşı, bu tendensiya beynəlxalq miqyasda yüksək qiymətləndirilir: “ Müasir dövrün çağırışları dövlətimiz qarşısında hər gün yeni vəzifələr qoyur. Belə bir şəraitdə Mehriban xanımın daim cəmiyyətin sosial qayğılarına diqqət yetirərək, maddi vəziyyəti ağır olan minlərlə xəstəni əməliyyat və müalicə etdirərək yenidən həyata qayıtmalarına dəstək olması, müqəddəs amal və xeyirxahlıq ənənələrinin möhkəmlənməsinə böyük tövhə verir. Mehriban xanımın gördüyü əvəzsiz xidmətlər, geniş ictimai və ucsuz-bucaqsız xeyriyyəçilik fəaliyyəti, səmimiliyi, sadəliyi, əhalinin qayğılarına həssas münasibəti insanların dərin inamını, hörmət və məhəbbətini qazanmasına səbəb olan amildir. Mehriban xanıma xas olan yüksək işgüzarlıq və mənəvi keyfiyyətlər, dərin biliklər, təşkilatçılıq bacarığı bir mədəniyyət məktəbi olaraq öyrənilməlidir.
Mehriban xanımın yüksək dövlət vəzifələrində çoxillik fəaliyyəti, qazandığı hörmət və böyük beynəlxalq nüfuzu, əvəzsiz və məhsuldar fəaliyyəti ilə sözün əsil mənasında önəmli bir tarix yazmaqdadır. Hesab edirəm ki, yazılan bu tarixin hər sətri insanlığa mənəvi keyfiyyətlər bəxş edir.
Fürsətdən istifadə edib, xanım Mehriban Əliyevanı doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik etmək istəyirəm. Ona varlığı boyunca bütün ruhu və qəlbi ilə xalqın təəssübkeşliyini daşıyaraq, milli ideyalar ilə yaşayıb yaradan, tükənməz enerjiyə malik nəcib missiyasında, o cümlədən , şərəfli və məsuliyyətli dövlət fəaliyyətində davamlı uğurlar arzulayıram”.
Bölməyə aid digər xəbərlər