Hər gün Abşeron yarımadasından Xəzər dənizinə 1 milyon kubmetr çirkli su axıdılır. Xəzərin şimalından cənubunadək oxşar mənzərə olduğunu nəzərə alsaq, həmin rəqəm iki dəfə artar.
GununNebzi.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin “facebook” səhifəsində yaradılmış “Ekspert saatı” rubrikasında sosial şəbəkə izləyicilərinin suallarına cavab verərkən deyib.
Onun dediyinə görə, Bakıda texniki suya kifayət qədər çox ehtiyac var: “Təəssüf ki, suvarma məqsədilə yüksək keyfiyyətə qədər təmizlənmiş içməli sudan istifadə olunur. Bu, qətiyyən məntiqə uyğun olmayan bir işdir. Hazırda Xəzərə axıdılan çirkli suların emal edilərək yaşıllaşdırıma təsərrüfatının suvarılması üçün istifadə olunması üçün tədbirlər görülür”.
Bölməyə aid digər xəbərlər