20:59 / 13-01-2025
Mirzoyan ABŞ-yə gedir
18:42 / 13-01-2025
Araqçı Nyu-Yorka gedir
“Onlar harada işləyəcəklərini əvvəlcədən bilməlidirlər”

“Onlar harada işləyəcəklərini əvvəlcədən bilməlidirlər”
“Təqaüd xərclərinin optimallaşması bizə hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına imkan yaradacaq”.

GununNebzi.az
xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir müavini bildirib ki, peşə hazırlığına cəlb olunanlara əməkhaqqı deyil, təqaüd ödənilir: “Eyni zamanda onların nəqliyyat xərcləri İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına kompensasiya olunur. Təqaüdün məbləğinin yenə də aylıq minimum əməkhaqqının məbləği ilə bağlantısı saxlanılacaq. Növbəti dövrdə minimum əməkhaqqı artdıqca, təqaüdün məbləği də artacaq. Peşə hazırlığına cəlb oluna şəxs əvvəlcədən bilməlidir ki, harada işləyəcək. Peşə hazırlığı heç bir halda təqaüd almaq məqsədilə proqrama daxil olmanı stimullaşdırılmamalıdır”.


Tarix: 3-06-2024, 12:51 Oxunub: 0


Bölməyə aid digər xəbərlər