İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, ötən gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun bir neçə ərazisində hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.
Dərhal əraziyə AAYDA tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılaraq hərəkət bərpa olunub.
Hazırda lil və qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.
***
İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb.
AZƏRTAC xəbər verir ki, bir neçə saat öncə ərazidə nəqliyyatın hərəkəti bərpa olunsa da, İsmayıllı-Lahıc avtomobil yolunun dağlıq ərazidən keçən digər hissəsinə də iri qaya parçaları tökülüb və yol yenidən bağlanıb.
Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikası tərəfindən qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər