2024-cü ilin 6 ayında qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
GununNebzi.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyində əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.
Diqqətə çatdırılıb ki, son illər narkotiklərlə mübarizədə, xüsusən müvafiq cinayətlərin açılmasında vətəndaşların rolu davamlı olaraq artmaqdadır.
Fəal mövqe nümayiş etdirən şəxslərin əməyi və mövqeyinin yüksək qiymətləndirildiyi həmin iclasda vurğulanıb ki, bu, polis-vətəndaş münasibətlərinin effektivliyinin əyani təsdiqidir.
Polis-vətəndaş münasibətləri özünü daha çox mütəşəkkil qrup və dəstələr tərəfindən törədilən cinayətlərin azalmasında narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasının artım tempində və vətəndaşların günbəgün artan köməyliyində göstərir.
Bölməyə aid digər xəbərlər