ABŞ gizli danışıqlarda Nikolas Maduroya və tərəfdarlarına 2025-ci ilin yanvarında səlahiyyət müddəti bitmədən istefa verməsi müqabilində amnistiya təklif edib.
GununNebzi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.
Qəzetin həmsöhbətlərinin fikrincə, Vaşinqton 2020-ci ildə Maduronu və bir sıra digər hökumət rəsmilərini ABŞ Ədliyyə Departamenti tərəfindən narkotik-terrorçuluqda iştirak ittihamını ləğv edə bilər. Qeyd olunur ki, müvafiq təklif ona görə verilib ki, Birləşmiş Ştatlar Maduronun sonuncu prezident seçkilərində məğlub olmasına dair inandırıcı sübutların olduğuna əmindir.
Nəşrin məlumatına görə, ABŞ ötən il Dohada gizli danışıqlar zamanı Venesuela prezidentinə amnistiya təklif edib, lakin Maduro bundan imtina edib və onun mövqeyi dəyişməyib.
Qəzetin yazdığına əsasən, Donald Tramp Ağ Evə qayıtsa, danışıqlar pozula bilər, çünki Tramp Maduroya qarşı “aqressiv siyasət”i davam etdirə bilər.
Bölməyə aid digər xəbərlər