Bu gün 2022-ci ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş Həsənov İbrahim Şöhrət oğlunun anım mərasimi keçirilib.
GununNebzi.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri və rayon ictimaiyyəti iştirak ediblər.
Öncə İbrahim Həsənovun Bülbülə qəsəbəsində Şəhidlər xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub, daha sonra ehsan süfrəsi açılıb.
RİH başçısı Adil Əliyev şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək qeyd edib ki, şəhid adı müqəddəsdir, şəhidlik zirvəsi ən uca, ən ali zirvədir. O, şəhidimizin həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu, onun cəsarətinin, hünərinin və döyüş yolunun təbliğinin vacibliyini diqqətə çatdırıb. A. Əliyev bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin, o cümlədən rəşadətli ordumuzun sayəsində bu gün Qarabağda həyat yenidən canlanıb.
Bölməyə aid digər xəbərlər