20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
Yeni təyin olunmuş hakimlər and içdilər - Fotolar

Yeni təyin olunmuş hakimlər and içdilər - Fotolar
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

GununNebzi.az
xəbər verir ki, iclasda əvvəlcə Ali Məhkəməyə təyin olunmuş yeni hakimlərdən İlqar Cəfərov, Sərvər Vəliyev və Şirvan Apellyasiya Məhkəməsinə təyin edilmiş Qasım Əliyev ilk dəfə hakimlik fəaliyyətinə başladıqlarına görə andiçmə üçün kürsüyə dəvət olunublar.

Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən, ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər. Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Sonra Plenumda “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarına, habelə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılması tələb olunan digər qərarlarına əlavə və dəyişikliklərin edilməsi barədə layihəyə baxılıb.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarına əlavə və dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının tərkiblərinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə və əlavə kassasiya qaydasında yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair məhkəmə tərkibləri yenidən təşkil edilib.

Daha sonra “Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin Redaksiya Heyətinin tərkibi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirə edilib və müvafiq qərar qəbul olunub.

İclasda həmçinin konkret işlərə baxılıb.


Tarix: 9-10-2024, 21:42 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
5-04-2023, 22:04 İnam Kərimov and içdi
8-07-2022, 15:56 39 yeni hakim and içdi