Yağan güclü yağışlar nəticəsində Hacıqabul şəhərində 500-dən artıq ev sel sularının təsirinə məruz qalmış, 2 ev qəzalı vəziyyətə düşdüyü üçün orada yaşayan ailələr köçürülüb, 16 nəfər (1 xəstə, 4 uşaq və 9 digər ailə üzvləri) təxliyə edilib.
Bu barədə GununNebzi.az-a Hacıqabul Rayon İcra Hakimiyyətindən bildirilib.
"Pirsaat qəsəbəsinin, Navahı, Qızılburun , Atbulaq və Birinci Udullu kəndlərinin bağ sahələri və boş ərzailəri də sel sularının təsirinə məruz qalıb. Sel sularının gəlməsi səbəbindən işıq enerjisinin verilməsində də fasilələr yaranmış , lakin, qısa müddət ərzində enerjinin verilməsi bərpa olunub. Hazırda 150- dən artıq evdən sel suları çəkilib. Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının və Fövqəladə Hallar Nazirliyinin köməkliyi ilə sel sularının ərazidən çıxarılması işləri davam etdirilir", - məlumatda qeyd olunub.
Bölməyə aid digər xəbərlər