15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Yağış yağacaq, külək əsəcək - BU GÜNÜN HAVASI

Yağış yağacaq, külək əsəcək - BU GÜNÜN HAVASIAzərbaycanda sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil ecəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Tarix: 13-09-2020, 08:23 Oxunub: 119


Bölməyə aid digər xəbərlər
17-06-2020, 14:50 Sabah 39 dərəcə isti olacaq