Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktaudakı təyyarə qəzasından sonra rəsmi açıqlama verib.
GununNebzi.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib: “Həlak olanların ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”.
AZAL-ın məlumatında isə deyilir ki, hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Təyyarənin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
Xatırladaq ki, ötən gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.
Qeyd edək ki, “Embraer Е190 AR” model təyyarələr 2004-cü ildən istehsal olunur. Konfiqurasiyasından asılı olaraq, 100-124 sərnişin daşıya bilir. İki General Electric CF34 -10E mürəkki ilə təchiz olunub, maksimal uçuş məsafəsi 5000 km-dir. Maksimal uçuş çəkisi 51,8 tondur.
Beynəlxalq bazarlarda bu modelin rəqibləri Kanadanın “Bombardier CRJ-1000”, Avropanın “Airbus A220-100 “və “Airbus A318”, ABŞ-nin “Boeing 717”, “Boeing 737-500” və “Boeing 737-600” təyyarələridir.
“Embraer E190”in ən iri alıcıları ABŞ-nin “SkyWest Airlines”, “Republic Airways” və “Envoy Air” aviaşirkətləridir. MDB ölkələrindən AZAL-dan başqa Embraer-in fərqli modellərini 2021-ci ilədək Belorussiyanın “Belavia”, Rusiyanın S7 və “İkar” aviaşirkətləri alırdı.
Embrayer E-Jet xəttindən (Е170, Е175, Е190 и Е195) 2024-cü ilin iyulunadək cəmi 1695 təyyarə istehsal olunub. Müxtəlif hadisələr zamanı onlardan 8 təyyarə istismardan çıxarılıb (onlardan 5-i əsasən sərt eniş nəticəsində ciddi xəsarətlərdən sonra).
(Qafqazinfo)
Bölməyə aid digər xəbərlər