00:45 / 03-01-2025
Ferdi Tayfur vəfat etdi
Yeni illə bağlı əhaliyə - Müraciət

Yeni illə bağlı əhaliyə - Müraciət
FHN Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

GununNebzi.az
xəbər verir ki, müraciətdə deyilir:

“Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər:

Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalı;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- pirotexniki vasitələrdən istifadə olunmamalıdır.

Həmçinin, bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir”.


Tarix: 31-12-2024, 14:43 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
20-12-2021, 12:59 FHN əhaliyə müraciət etdi
15-02-2022, 12:27 FHN-dən əhaliyə MÜRACİƏT