“Əvvəllər QHT adı gələndə fikirləşirdin ki, burada nəsə qara-qura iş var” - Video

“Əvvəllər QHT adı gələndə fikirləşirdin ki, burada nəsə qara-qura iş var” - Video
Tanınmış bloqer Nail Kəmərli “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyini təsis edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə o, özünün “Nail Kemerli” youtube kanalında məlumat verib.

N.Kəmərli bildirib ki, uzun illərdir narkotik vasitələrdən əziyyət çəkən insanlarla, onların ailələri ilə saysız-hesabsız söhbətlər aparıb, bunları “youtube” kanalında ictimailəşdirib.

Məqsədi bu olub ki, narkotikin yıxdığı insanların səmimi peşmanlığını, çırağını söndürdüyü ailələrin faciəsini hamı görsün. Bu yola gəlmək istəyənlər hansı aqibətlə üzləşəcəklərini real insan hekayələri əsasında öncədən başa düşüb, bu fikirdən daşınsınlar:
Ətraflı

“Bütün bunlar hər birimizdən cəmiyyət olaraq narkotik asılılığına qarşı səfərbərlik tələb edir. Mən bu qərara gəldim ki, bu missiya ilə daha ciddi məşğul olmaq lazımdır”.

Bloqer onu da deyib ki, QHT-lərin səmərəli fəaliyyəti üçün son vaxtlar çox sağlam mühit formalaşıb:

“QHT-nin yaradılması prosesi boyu buna şəxsən şahid oldum. Açığı, əvvəllər QHT adı gələndə adam diksinirdi, fikirləşirdin ki, burada nəsə əyri, qara-qura iş var. Amma indi vəziyyət dəyişib, QHT-lər cəmiyyətdə layiqli yer tutmağa başlayır, buna dövlətin güclü dəstəyi açıq hiss olunur. “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi”nin rəhbəri kimi əlimdən gələni edəcəm ki, cəmiyyətin narkotiklər, zərərli asılılıqlar əleyhinə mübarizəsinə maksimum töhfə verə bilim. Artıq komandamızla birgə çox maraqlı ideyalar və layihələr üzərində işləyirik. Bu barədə mütləq “youtube” kanalımda sizlərə məlumat verəcəm”.


Tarix: 27-01-2025, 13:07 Oxunub: 0


Bölməyə aid digər xəbərlər