15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Yaqublu ilə bağlı qərar ölkədə humanizm prinsiplərinin üstünlüyünü göstərdi - ŞƏRH

Yaqublu ilə bağlı qərar ölkədə humanizm prinsiplərinin üstünlüyünü göstərdi - ŞƏRH“Tofiq Yaqublu barəsində məhkəmə qərarının dəyişməsi gözlənilən hal idi. Onun barəsində 4 il 3 ay müddətində həbs hökmünün çıxmasından sonrakı günlər və həftələr ərzində bu məsələni hüquqi müstəvidə həll etmək cəhdlərindən daha çox məsələnin siyasiləşdirilməsinə və onu Azərbaycan hakimiyyətinə qarşı çevirmək cəhdləri hiss etdik”.

Bu fikirləri Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, proseslərin bu istiqamətdə getməsi məsələni dolaşdıran və çətinləşdirən ən əsas amilə çevrilib: “Ancaq ölkə ictimaiyyətinin müəyyən hissəsi, ziyalılar, siyasi partiya, mətbuat və QHT nümayəndələri, o cümlədən şəxsən özüm də xüsusi yazdığım bir yazı ilə bu məsələyə öz münasibətimi bildirərək Tofiq Yaqublunun indiki şəraitdə həbsdə qalmasının daha çox problem yaratması fikrini irəli sürdüm. Məntiqimiz də bundan ibarət idi ki, müəyyən qüvvələr bunu siyasiləşdirməyə cəhd göstərdikləri bir vaxtda Azərbaycan hüquq sisteminin humanizm prinsipləri işə düşməlidir və Yaqublu ilə bağlı məhkəmə qərarının dəyişdirilməsi çıxış yollarından biri ola bilər”.

A.Quliyevin sözlərinə görə, ölkədəki sağlam kəsimin Tofiq Yaqublu ilə bağlı sağlam çağırışları lazımi instansiyalarda eşidiləcək və Prezident İlham Əliyev hüquqi müstəvidə atdığı addımların davamı olaraq bu məsələ ilə də bağlı qərar verilməsi üçün lazımi göstərişləri verəcək: “T.Yaqublu ilə bağlı məhkəmə qərarının dəyişdirilməsi bir daha ölkədə hüquqi sisteminin hər cür siyasi manipulyasiyalardan yüksəkdə dayandığını sübut etdi. Eyni zamanda göstərdi ki, bəzi qüvvələrin ölkənin hüquq müstəvisində baş verən hadisələri lüzumsuz şəkildə beynəlxalq instansiyalara daşımasına, siyasiləşdirməsinə baxmayaraq, bu kimi məsələlərin həlli hüquqi müstəviyə və humanizm prinsiplərinə bağlıdır. Hansı ki, hüquqi müstəvidəki qərarları ölkənin hüquq sistemi verir. Hüquqi müstəvidəki humanizm prinsiplərinin isə daha üstün şəkildə tətbiq olunması şəxsən Prezidentin iradəsinin təzahürü kimi meydana çıxır”.


Tarix: 18-09-2020, 18:23 Oxunub: 157


Bölməyə aid digər xəbərlər