15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
DYP-də şortik qalmaqalı - Polis "olmaz", vəkil "olar" deyir

DYP-də şortik qalmaqalı - Polis "olmaz", vəkil "olar" deyirAzərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

GununNebzi.az xəbər verir ki, texnobloqer Fərid Pərdəşünasın “facebook”da yaydığı məlumata görə, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan polis onu içəri buraxmayıb.
Bildirib ki, onun içəri buraxılmamasına səbəb isə əynindəki şortikin olması göstərilib:

“Qeyd etdi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, "bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu, ictimai asayişin pozulmasıdır". İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı. Beləcə qanunda olmadığı halda, dövlət müəssisəsində imtahan vermək hüququmdan istifadə edə bilmədim”.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuatda verdiyi açıqlamada bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur.

Onun sözlərinə görə, kişilərin cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil:

“Amma adi bir restoranlara gedəndə müəyyən geyim formalarında ümumiyyətlə içəri buraxmırlar. Hərçənd ki, ora kommersiya təşkilatlarıdır və oradan qazancları var. Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbul olunmazdır. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil. Bəlkə də hələ o zaman gəlib çatmayıb, bizdə kişilərin belə geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bu səbəblə kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.

“Bir daha qeyd edirəm ki, qanunda belə bir qadağa yoxdur. Aydın məsələdir ki, bu, ora gələn vətəndaşların müraciətləri və şikayətləri əsasında olub. Bu, bizim istəyimiz və yaxud da qanunda olan qadağa ilə bağlı deyil ki... Çimərlik paltarında dövlət idarəsinə giribsə, ona icazə verilməli idi? Gərək onu çimərlik formasında içəri buraxardıq? Kiminsə çimərlik formasında hansısa məsələ ilə bağlı dövlət orqanına gəlməsi cəmiyyətimizdə qəbul olunmayan qaydalardır. Bir daha deyirəm ki, bu, cəmiyyətdə qəbul olunan hal deyil”.(Report)


Tarix: 19-09-2020, 15:11 Oxunub: 106


Bölməyə aid digər xəbərlər