Hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 70%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur və tullantı sularının yalnız bir hissəsi (435 min m3/gün) təmizlənərək Xəzər dənizinə buraxılır.
GununNebzi.az xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib.
Məlumatda qeyd edilib: “Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğuların inşası təklif edilir. Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcəkdir.
Yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocahəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını etibarlı hədlərdə qorumaqla yanaşı, texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 145 milyon m3-ə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaq".
Bölməyə aid digər xəbərlər