21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Azərbaycanda yol qəzasında ölənlərin sayı açıqlandı

Azərbaycanda yol qəzasında ölənlərin sayı açıqlandı2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,0 faiz azalaraq, 1527 nəfər olub.

GununNebzi.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Onlardan 504-ü həlak olub, 1023-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20,0 faizi isə toran vaxtı baş verib, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq, 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 24,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,3 faizini, yaralananların isə 75,3 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib, nəticədə, 10 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisələrin 82,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.


Tarix: 18-11-2020, 13:09 Oxunub: 137


Bölməyə aid digər xəbərlər