Pakistan Baş naziri İmran Xan vətəndaşlara, xüsusən də gənclərə təhsil vermək və ideal insan modeli göstərmək baxımından ölkədə türk seriallarının yayımlandığını açıqlayıb.
GununNebzi.az Teleqraf.com-a istinadla xəbər verir ki, Pakistan baş naziri bu barədə yerli televiziya kanallarına müsahibəsində danışıb.
“Mobil telefonlardan qədərindən artıq istifadə gəncləri uçuruma aparır. Nəyisə qadağan edə bilmərik, amma əvəzində xalqa faydalı olan alternativ variantlar tətbiq etmək olar. Elə bu səbəblə ölkədə “Diriliş Ərtoğrul və “Yunus Əmrə” kimi türk serialları yayımlanır”, - İmran Xan söyləyib.
Baş nazir qeyd edib ki, Pakistan da sözügedən motivdə seriallar istehsal edəcək: “1 dekabrdan PTV-də yayımlanan “Yunus Əmrə” serialını xüsusilə tövsiyə edirəm. Pakistanlı gənclər Türk seriallarını izləyərək İslam tarixi və etikası haqqında məlumat əldə edə bilərlər”.
Bölməyə aid digər xəbərlər