02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
İslam alimləri bu peyvəndin halallığı haqda fətva verdi...

İslam alimləri bu peyvəndin halallığı haqda fətva verdi... Böyük Britaniyadakı İslam alimləri Amerika əczaçılıq şirkəti “Pfizer” tərəfindən “BioNTech” ilə ortaq şəkildə inkişaf etdirilərək ölkəyə tədarük edilən koronavirusa qarşı yeni bir peyvəndin istifadəsinə dair teoloji(ilahi) və hüquqi rəy veriblər.

gununnebzi.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.

“Pfizer-BioNTech”-in “COVID-19” peyvəndi haqda fətva Şeyx Yusuf Şabbir, müfti Şebbir Əhməd, Beri müftisi Məhəmməd Tahir və mövlana Kallingal Riyad tərəfindən verilib.

Bu alimlərin hamısı Hindistan mənşəlidir və Hənəfi məzhəbinə mənsubdurlar.

“Pfizer ilə əlaqə qurduq və peyvəndin tərkibindəki inqredientlərin siyahısını istədik. “Xolesterolun varlığı əvvəlcə narahatlıq yaratdı. Çünki heyvan yağından əldə edilə bilər”, - deyə rəydə deyilir.

Bununla belə, müftilər aldıqları məlumatların qorxularını aradan qaldırdığını açıqlayıblar. Məlum olub ki, “COVID-19 mRNA BNT162b2” peyvəndinin hazırkı tərkibindəki bütün yağlı maddələr bitki və sintetik mənşəlidir və peyvənddə heyvan komponentləri yoxdur.

Beləliklə, adları çəkilən İslam alimləri sözügedən peyvəndin müsəlmanlar tərəfindən istifadəsinə icazə verilməsi qənaətinə gəliblər.


Tarix: 15-12-2020, 11:14 Oxunub: 131


Bölməyə aid digər xəbərlər