Ərdoğan zəlzələdən zərər çəkən Xorvatiyaya yardım təklif etdi Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xorvat həmkarı Zoran Milanoviç arasında telefon danışığı olub.
GununNebzi.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə İdarəsinin xəbərində deyilir.
Türkiyə lideri episentri Petrin şəhərində yerləşən, ciddi dağıntılara və xəsarətlərə səbəb olan 6,3 bal gücündə zəlzələ ilə əlaqədar Xorvatiya prezidentinə, xalqına başsağlığını və dəstəyini ifadə edib.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Ankara axtarış-xilasetmə işlərinin keçirilməsində kömək də daxil olmaqla, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün xorvat tərəfinə hər cür kömək göstərməyə hazırdır.
Bölməyə aid digər xəbərlər