23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Karantində oğluna toy etdiyinə görə işdən çıxarılan generala yeni vəzifə verildi

Karantində oğluna toy etdiyinə görə işdən çıxarılan generala yeni vəzifə verildi

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Artak Davtyan yeni vəzifəyə təyin edilib.



GununNebzi.az “Haykakan jamanak”a istinadən xəbər verir ki, ona Baş Qərargahın mühüm işlər üzrə baş zabiti vəzifəsi həvalə olunub.

A.Davtyan bu vəzifəyə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanın əmri ilə təyin olunub.

Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.

Qeyd edək ki, Artak Davtyan koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində 2020-ci il iyunun 7-də oğluna toy eləmişdi. Həmin toyda 100-dən çox qonaq iştirak etmişdi. Bu hadisə cəmiyyətdə böyük etiraz doğurmuşdu. Etirazlara cavab olaraq onun Baş Qərargah rəisi vəzifəsindən istefa verdiyi ehtimal edilirdi.

Ötən ilin iyulun 17-də o, Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri təyin olunmuşdu. Ancaq bu vəzfədə də çox işləməyib. 2020-ci il noyabrın 16-da bu vəzəfdən də azad olunmuşdu.

Xatırladaq ki, A.Davtyanın yerinə Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə Onik Qasparyan təyin olunub./Report

Tarix: 9-03-2021, 16:42 Oxunub: 52


Bölməyə aid digər xəbərlər